“Hansısa məşqçi işindən ayrılanda təəssüflənirəm"

27 Yanvar 2021 01:38 İngiltərə 533
“Hansısa məşqçi işindən ayrılanda təəssüflənirəm"

“Tottenhem”in çalışdırıcısı Joze Mourinyo “Çelsi”nin istefaya göndərilən baş məşqçisi Frenk Lempardla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Lempard üçün təəssüfləndiyini bildirib:

“Hansısa həmkarım işindən ayrılanda təəssüflənirəm. Lempard karyeramda vacib bir insan olduğu üçün daha çox təəssüflənirəm.

Müasir futbolda belə hallar olur. Baş məşqçisinizsə, bunun gec-tez sizinlə də olacağını bilirsiz”.

Digər Xəbərlər
Xəbər Lenti