“Qarda maşın sürə bilməyənlər ümumiyyətlə yola çıxmasınlar” - Yol polisi

24 Fevral 2021 18:10 Gündəm 488
“Qarda maşın sürə bilməyənlər ümumiyyətlə yola çıxmasınlar” - Yol polisi

Sportinfo.az xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava ilə bağlı sürücülərə daha bir müraciət ünvanlayıb.

BDYPİ-dən verilən məlumata görə, respublikanın bir çox ərazilərində, o cümlədən paytaxt Bakıda dünən axşamdan başlayan qarlı, küləkli hava şəraiti və bəzi yolların buz bağlaması sürücülərin yollarda çətin vəziyyətlərdə qalmalarına səbəb olub:

“Odur ki, bü cür hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək vərdişləri olmayan sürücülər ümumiyyətlə yola çıxmasınlar ki, özləri və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar.

Eyni zamanda, hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur.

Yollarda hərəkət zamanı sürət həddi minimuma endirilməklə elə ara məsafəsi saxlanılmalıdır ki, qarşıdakı avtomobil dayandıqda və ya sürüşdükdə toqquşmadan yayınmaq mümkün olsun”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"