Üç azərbaycanlı Türkiyə - Slovakiya matçında

6 Mart 2025 08:40 Futzal 954
Üç azərbaycanlı Türkiyə - Slovakiya matçında

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, hakimlərimiz AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq. Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?