"Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum"

01:20 Futzal 70
"Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum"

“Uypest”lə oyun kifayət qədər maraqlı keçdi. Həm atmosfer, həm də komandaların nümayiş etdirdiyi oyun baxımından bunu deyirəm.

Üstün tərəf biz idik, yaratdığımız qol epizodlarının da əksəriyyətini realizə etdik və yekunda qələbə qazandıq.

Hesab da göstərir ki, Macarıstan çempionu ilə görüşümüz kifayət qədər çətin, gərgin keçdi.

Həmin matçda het-trik etdim və UEFA bayrağı altında keçirilən oyunda bunu aktivinə yazdırmağı hər bir futzalçıya arzulayıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın futzalçısı Oktay Rüstəmli Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

UEFA Çempionlar Liqasının “Uypest”ə qarşı keçirilən oyununda het-trik edən, “Buba Mara”nı isə bir qolla cəzalandıran hücumçu matçlar və vurduğu qollar haqda danışıb:

"Düzdür, vacib olan komandanın uğur qazanmağıdır, vurduğum qollar da bunu əldə etməyimizə çox kömək oldu. Het-triki komanda yoldaşım da etsəydi, özüm qədər sevinərdim.

“Buba Mara”ya məğlubiyyətə gəldikdə, “Uypest”lə matçdakından daha çox qol epizodu yaratmışdıq, təəssüf ki, cəmi 3-nü reallaşdıra bildik.

Halbuki daha çox qol vurmalı idik. Rəqib bizdən üstün deyildi, sadəcə onlar imkanlarını düzgün qiymətləndirdilər.

Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum.Şanslar davam edir.

Turnir cədvəlinə baxsaq. Hər bir komandanın lider olmaq şansının davam etdiyini görərik

Son turun oyunları bu baxımdan gərgin keçəcək. Təbii ki, çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?