Futzal üzrə Yüksək Liqada iştirakçı sayı artırılıb.
Qarşıdan gələn çemionatda minimum 8 komanda yarışacaq.
Keçən sezonda liqaya 6 kollektiv qatılıb.
“Şuşa“ maliyyə çətinliyinə görə çıxışını yarımçıq dayandırıbsa, “Araz-Naxçıvan” 20-ci çempionluğunu qeyd edib. “Neftçi” gümüş, “Baku Fire” bürünc medallara yiyələnib.
Say artımı AFFA-nın köməyi ilə olub. Belə ki, federasiya mənsubları bir sıra klubların rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirərək, onları Yüksək Liqaya qoşulmağa razı salıb.
Bu il Azərbaycanın futzal tarixində bir ilk yaşanacaq. Saytımız həmin yeniliklə bağlı mühüm məlumata yiyələnib.
Redaksiyamıza daxil olan informasiyaya görə, federasiya futzal üzrə ölkə çempionatının iştirakçılarına yardım paketi ayırmağı qərarlaşdırıb.
Bura Yüksək Liqa ilə yanaşı, Birinci Liqa da daxildir. Hər iki liqada mübarizə aparacaq klublar AFFA-dan hər ay yardım paketi ayıracaq.
Qurumun bu addımı günün tələbidir və təqdirəlayiq haldır. Ümumiyyətlə, AFFA vəziyyəti düzgün qiymətləndirib.
Son illərin statistikası göstərir ki, əksər komandalar maliyyə çətinliyi üzündən fəaliyyətini dayandırıb.
SPORTİNFO.AZ
