Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşıb.
Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız qrupda son oyununu gələn il fevralın 27-də səfərdə Latviyaya qarşı keçirəcək. Hazırda aktivində 1 xal olan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.
5 xala sahib Çexiya liderdir. Latviya isə 1 oyun az keçirib və 4 xalla 2-ci sıradadır.
Azərbaycan - Latviya 1:5
Qollar: N. İsmayılov, 36:02 // Urdis, 01:51, 8:04, Tarakanov, 6:47, Baklanov, 10:46, Mik. Babris, 26:58
