Azərbaycan çempionatında iştirak edəcək klublarla bağlı YENİ XƏBƏR

10:40 Futzal 168
Azərbaycan çempionatında iştirak edəcək klublarla bağlı YENİ XƏBƏR

Futzal üzrə növbəti ölkə çempionatı noyabr ayı ərzində start götürəcək.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan aldığımız məlumata görə, çempionatda mübarizə aparmaq istəyən klublar üçün son gündür.

Onlar iştirak ərizəsini bu gün quruma təqdim eləməlidir. Hər komanda maksimum 15 oyunçunun adını sifariş vərəqinə yaza bilər.

Ondan da xəbəriniz olsun ki, Yüksək Liqada iştirakçı sayı artırılıb.Qarşıdan gələn çemionatda minimum 8 komanda yarışacaq.

Keçən sezonda liqaya 6 kollektiv qatılıb. “Şuşa“ maliyyə çətinliyinə görə çıxışını yarımçıq dayandırıbsa, “Araz-Naxçıvan” 20-ci çempionluğunu qeyd edib. “Neftçi” gümüş, “Baku Fire” bürünc medallara yiyələnib.

Say artımı AFFA-nın köməyi ilə olub. Belə ki, federasiya mənsubları bir sıra klubların rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirərək, onları Yüksək Liqaya qoşulmağa razı salıb.

Bu il Azərbaycanın futzal tarixində bir ilk yaşanacaq. Federasiya ölkə çempionatının iştirakçılarına yardım paketi ayırmağı qərarlaşdırıb.

Bura Yüksək Liqa ilə yanaşı, Birinci Liqa da daxildir. Hər iki liqada mübarizə aparacaq klublar AFFA-dan hər ay yardım paketi ayıracaq.

Qurumun bu addımı günün tələbidir və təqdirəlayiq haldır. Ümumiyyətlə, AFFA vəziyyəti düzgün qiymətləndirib.

Son illərin statistikası göstərir ki, əksər komandalar maliyyə çətinliyi üzündən fəaliyyətini dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!