Avropa Liqası matçının vaxtı dəyişdi - Etirazlara görə

19:00 Fransa 138
Avropa Liqası matçının vaxtı dəyişdi - Etirazlara görə

Fransada gözlənilən kütləvi tətil və etiraz aksiyaları futbol matçlarına da təsir edib.

Sportinfo.az xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində keçirilməli olan “Renn” – “Olimpiakos” qarşılaşmasının tarixi və başlama saatı dəyişdirilib.

Əvvəlcə 5 noyabr cümə axşamına planlaşdırılan matç Fransa həmkarlar ittifaqlarının həmin gün üçün elan etdiyi ümumi tətil səbəbindən 4 noyabr çərşənbə gününə keçirilib.

Fransa hakimiyyəti tətil günü Renndə lazımi təhlükəsizliyi təmin edə bilməyəcəyini açıqlayıb. UEFA isə matçın başlama saatını 16:30-a təyin edib.

Oyunun iş gününə və erkən saata salınması bilet alan “Renn” azarkeşlərinin kütləvi narazılığına səbəb olub.

Təhlükəsizlik qüvvələrinin etirazlara cəlb olunması səbəbindən Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 1-in bəzi oyunlarını da təxirə salmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti