İdman direktoru onun agenti ilə görüşdü - Müqaviləni uzadaqmı?

5 May 10:20 İspaniya 1 452
İdman direktoru onun agenti ilə görüşdü - Müqaviləni uzadaqmı?

“Barselona”nın idman direktoru Deku komandanın vingeri Rafinyanın agenti ilə görüş keçirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş braziliyalı futbolçunun klubla müqaviləsinin mümkün uzadılmasına zəmin yaratmaq üçün təşkil edilib.

Bununla belə, tərəflər arasında danışıqlar hələ çox erkən mərhələdədir.

28 yaşlı futbolçu 2022-ci ilin yayında 55 milyon avro qarşılığında “Lids”dən “Barselona”ya keçib.

Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Rafinya bu mövsüm 51 matçda 30 qol vurub və 22 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi