Messinin meydana çıxmamaq ehtimalı var - Bu oyunda

17 İyul 2024 15:20 Dünya futbolu 1 276
Messinin meydana çıxmamaq ehtimalı var - Bu oyunda

"İnter Mayami" və Argentina millisinin futbolçusu Lionel Messi iyulun 24-nə keçiriləcək "MLS All-Star" oyununu buraxmaq riski ilə üzləşib.

Sportinfo.az “USA Today” portalına istinadən xəbər verir ki, Messinin Amerika kubokunun finalında Kolumbiya ilə görüşdə (1:0) aldığı zədə ona mane olacaq.

Məsələ burasındadır ki, 66-cı dəqiqədə zədələnən futbolçu meydanı tərk etmək məcburiyyətində qalmışdı. İndi isə onun zədəsini sağaltmaq üçün vaxtı yoxdur.

Belədə, Messinin "MLS All-Star" görüşündə meydanda olmaması ehtimalı yüksəkdir.

Argentina finalda Kolumbiyaya qalib gələrək kuboku qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu