“Qəbələ”ni “quyu“nun dibinə atdılar - FOTOREPORTAJ

10 Dekabr 2023 09:25 Qəbələ 913
“Qəbələ”ni “quyu“nun dibinə atdılar - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk görüşü Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası doğma arenasında “Kəpəz”i qəbul edib. Rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən Gəncə təmsilçisi sonuncu pilləni ona təhvil verib.

Adil Şükürovun komandasında 6 və 72-ci dəqiqələrdə Georgi Papunaşvili, 70-ci dəqiqədə isə Adama Niane fərqləniblər. “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 50-ci dəqiqədə qırmızı vərəqə alıb.

Bu nəticə ilə xallarının sayını 13-ə çatdıran “Kəpəz” 9-cu pilləyə yüksəlib. “Qəbələ” isə 11 xalla sonuncu yerə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var