“Qarabağ”ın “ərköyün” yerli uşağı uzun müddət sonra görüntüləndi - VİDEO

19:20 Qarabağ 95
“Qarabağ”ın  “ərköyün” yerli uşağı uzun müddət sonra görüntüləndi - VİDEO

Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan “Qarabağ”ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib.

Sportinfo.az xəbər verir ki, ulduz müdafiəçi Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən və “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatan “Şəfa” ilə matçı tribunadan izləyib.

Əlində əsa ilə görüntülənən milli komandamızın da üzvü olan futbolçunun hərəkət etməkdə çətinlik çəkdiyi diqqətdən qaçmayıb.

Həkimlərin rəyinə əsasən, Elvin Cəfərquliyevin zədəsini tam sağaltması, fiziki formasını bərpa etməsi və fəaliyyətinə qayıtması təxminən 3 ay vaxt aparacaq.

Bununla belə, futbolçunun yaşıl meydanlara dönüş müddəti aparılan reabilitasiya prosesinin gedişindən asılı olaraq da dəyişə bilər.

Digər Xəbərlər
Xəbər Lenti