MLS liqasının qalibi müəyyənləşdi - FOTO+VİDEO

11 Noyabr 2019 14:25 Dünya futbolu 602
MLS liqasının qalibi müəyyənləşdi - FOTO+VİDEO

MLS liqasında mövsümün çempionu adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, "Sietl Sounders" finalda "Toronto"ya 3:1 hesabı ilə qalib gələrək çempion olub.

Final görüşündə Kelvin Leerdam, Viktor Rodriges və Raul Ruidiasın vurduğu qollar ev sahiblərinə qələbə qazandırıb. Qonaqlardan Joze Altidor fərqlənib.

Beləliklə, "Sietl Saunders" tarixində ikinci dəfə MLS liqasının qalibi adını qazanıb. "Sietl" 2016-cı ildə də finalda "Toronto"dan üstün olmuşdu. Mövsümün oyunçusu adına isə 33 qolla “Los-Anceles”in forvardı Karlos Vela layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?