“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il “qızıl top” mükafatının səsverməsində ilk səsini qazanıb.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, səsvermədə iştirak edən Ekvador nümayəndəsi argentinalı forvarda səs verdiyini açıqlayıb.
39 yaşlı Messi karyerası ərzində 8 dəfə “qızıl top” mükafatına layiq görülüb. O, bu il də nüfuzlu mükafatın 30 namizədi arasında yer alıb.
“France Football” tərəfindən təqdim olunan mükafatın qalibi oktyabrın 26-da, İngiltərənin paytaxtı Londonda keçiriləcək mərasimdə açıqlanacaq.
