“Bu, dəlilik və işgəncə idi! Hələ də arxaya baxıb düşünürəm ki...”

18 Aprel 2025 21:40 Dünya futbolu 446
“Bu, dəlilik və işgəncə idi! Hələ də arxaya baxıb düşünürəm ki...”

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Real”ın forvardı Kilian Mbappe haqda danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu “All About” nəşrinə açıqlamasında bunları deyib:

“Mbappe 2018-ci ildə dünya kubokunun qalibi oldu. 2022-ci ildə o, bizə qarşı finalda dörd qol vurdu (penaltilər də daxil olmaqla), ancaq çempion olmadı.

Bu, dəlilikdir. 2014-cü ildə də oxşar bir şey hiss etdim. Bu, işgəncə idi.

Hələ də arxaya baxıb düşünürəm, mən ikiqat dünya çempionu ola bilərdim”.

Mbappe ötən yay “Real”a keçib və klubla 2029-cu ilə qədər olan müqavilə imzalayıb. O, bu müddət ərzində bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti