UEFA qərarıni dəyişmədi - Öz ölkənizdə oynaya bilməzsiz!

30 Yanvar 21:40 Dünya futbolu 889
UEFA qərarıni dəyişmədi - Öz ölkənizdə oynaya bilməzsiz!

UEFA İsrail komandalarının neytral meydanlarda oyunlarını keçirməkləri ilə bağlı qərarını dəyişməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.

Daha öncə mətbuatda İsrail Futbol Assosiasiyasının UEFA ilə qeyri-rəsmi danışıqların aparması ilə bağlı xəbərlər yayılmışdı.

Danışıqlar İsrail millisinin 2026-cı ildə başlayacaq dünya çempionatının seçmə mərhələsində ev oyunlarını öz ölkələrində keçirmək istəyi ilə bağlı idi.

Lakin UEFA İsrail yığması və klublarının ev matçlarını neytral ölkələrdə keçirilməsi ilə bağlı qərarı qüvvədə saxlayıb.

İsrail - Fələstin münaqişəsinə görə bu ölkələrin komandaları ev oyunlarını fərqli ölkələrdə keçirirlər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!