"Fənərbaxça" penaltiləri qaçırdı, Konfrans Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

19 Aprel 02:00 Dünya futbolu 407
"Fənərbaxça" penaltiləri qaçırdı, Konfrans Liqası ilə vidalaşdı - NƏTİCƏLƏR

Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçirilib. Bununla da yarımfinalın iştirakçıları bilinib.

Türkiyə "Fənərbaxça"sı evdə "Olimpiakos"u qəbul edib. Bu komandalar arasındakı ilk matçda "Olimpiakos" 3:2 hesablı qələbə qazanıb.

Cavab görüşündə istanbul klubu 1:0 hesabı ilə qalib gəldiyindən əlavə vaxta ehtiyac duyulub.

30 dəqiqə ərzində hesab dəyişmədiyindən cütan taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan yunanlar yarımfinala vəsiqə qazanıblar.

18 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Viktoriya" (Çexiya) - 2:0 (Əlavə vaxtda)

Qollar: Nicolas Gonzalez, 92, Kristiano Biraqi, 108

Qırmızı vərəqə: Kadu, 66 ("Viktoriya")

İlk oyun 0:0

20:45. "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) - 2:1, pen - 3:4

Qollar: Yusuf Yazıçı, 15 (1:0), Benjamin Andre, 67 (2:0), Metti Keş, 87 (2:1)

İlk oyun 1:2

23:00. "Fənərbaxça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) 1:0, pen. - 2:3

Qol: Irfan Can Kahveci, 11

Qırmızı vərəqə: Andreas Ntoi, 120+4 ("Olimpiakos")

İlk oyun 2:3

23:00. PAOK (Yunanıstan) - "Brügge" (Belçika) - 0:2

Qollar: Ferran Judjla, 33, 45

İlk oyun 0:1

Yarımfinal cütləri:

"Fiorentina" (İtaliya) - "Brügge" (Belçika)

"Aston Villa" (İngiltərə) - "Olimpiakos" (Türkiyə)

Digər Xəbərlər
Xəbər Lenti