Azərbaycanda federasiyanın ərazisi xarici şirkətə satıldı

19 Yanvar 2020 18:00 Digər növlər 808
Azərbaycanda federasiyanın ərazisi xarici şirkətə satıldı

Azərbaycan Qolf Federasiyasının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən bazası satılıb.

Sportinfo.az-ın məlumatına görə, hələlik adı açıqlanmayan Türkiyə şirkəti ərazini alıb.

Artıq əraziyə ağır texnika gətirilib və söküntü işlərinə hazırlıq görülür. Plana görə, federasiyanın müasir dizaynla tikilmiş binası olduğu kimi qalacaq. Yaxınlıqdakı qolf sahələrinin yerində isə çoxmərtəbəli binalar tikiləcək.

2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib və nazir oğlu bu federasiyanın prezidenti seçilib.

Çox keçmədən Məmmədovlar Qubadakı “Rixos Quba” otelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaratdı. Akademiya və baza açıldı.

2014-cü ilin yayında Qolf Federasiyası və "European Tour"un təşkilatçılığı ilə Qubada beynəlxalq "Challenge Tour" yarışması keçirildi.

Turnirin qalibi almaniyalı qolfçu Morits Lampert oldu. A.Məmmədov turnirin kuboku və mükafatını qalib qolfçuya təqdim etmişdi.

Həmin gəlhagəlli dövr artıq arxada qalıb. Keçmiş nazir oğlu indi Azərbaycanda yaşamır, Londona köçüb. Bir çox ölkələrdə biznes quran A.Məmmədov 3 ildən çoxdur ki, federasiya ilə bütün bağlarını qoparıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı