“Media Menecmenti”in iştirakçılarına sertifikatlar təqdim olundu - FOTOLAR

30 Dekabr 2022 13:30 Bizimkilər 507
“Media Menecmenti”in iştirakçılarına sertifikatlar təqdim olundu - FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının bağlanış mərasimi keçirilib.

Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

“Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litva Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri Ornela Ramasauskaite çıxış edib.

Daha sonra “Media Menecmenti” təlim proqramının bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!