"Sadəcə, Almaniyadan çıxmaq istəyirdim.
Bunların keçmişdə qalmasına icazə vermək niyyətində idim”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin hücumlçusu Renat Dadaşov deyib.
Hazırda İsveçrədə "Qrasshopper"in şərəfini qoruyan 23 yaşlı forvard 2018-ci ildə Portuqaliya təmsilçisi "Eştoril"ə keçidini xatırlayıb:
“Beynimi təmizləməli, təzyiqdən, daimi gözləntilərdən uzaqlaşmalıydım. Hər şeydən əvvəl yeni başlanğıc hədəfləyirdim.
Təbii ki, Portuqaliyada da ruhdan düşdüyüm günlər olub, amma həmişə özümə deyirəm: məqsədim üçün mübarizəni davam etdirəcəcəm".
Dadaşov 2013-2017-ci illərdə "Ayntraxt"ın aşağı yaş qruplarından ibarət komandasında çıxış edib.
O, 2017/2018 mövsümündə əsas komandaya cəlb olunsa da, 2018-ci ilin yanvarında intizamsızlığa görə klubdan kənarlaşdırılıb.

