Azərbaycanlı hücumçudan QALMAQALLI SÖZLƏR: "Səhv etdim, açıq-aşkar düşmənçilik gördüm"

29 Dekabr 2022 14:20 Bizimkilər 907
Azərbaycanlı hücumçudan QALMAQALLI SÖZLƏR: "Səhv etdim, açıq-aşkar düşmənçilik gördüm"

"Səhvlər etdim və yəqin ki, bunlar kifayət qədər çox idi.

Amma açıq-aşkar düşmənçilik gördüm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "transfermarkt.ch" saytına müsahibəsində "Ayntraxt"dan (Frankfurt) kənarlaşdırılması ilə bağlı danışarkən deyib.

23 yaşlı hücumçu bu hadisələrdən sonra instaqram hesabını deaktiv etdiyini bildirib:

"Hər gün nə qədər böyük fürsəti əldə verdiyimi anladım. Durmadan beynimə səslər gəlirdi.

Mənə həmişə inanan insanları məyus etmişdim. Azarkeşlərin tənqidini başa düşürəm.

Amma bunun üçün səbəblər olmalıdır. Hər peşəkar futbolçu ilk növbədə insandır və təhqir ona zərbə vurur. Mənim üçün qovulmaq həyəcan siqnalı idi.

Daha yaxşı idmançı və insan olmaq üçün oyanış oldu. Bu, həm də yeni başlanğıcın müjdəsi idi.

Vaxta ehtiyacım olduğunu anladım. Hər şeyi dəyişməli olduğumu başa düşdüm, əks halda karyeram çox uzun çəkməyəcəkdi".

Renat Dadaşov 2013-2017-ci illərdə "Ayntraxt"ın aşağı yaş qruplarından ibarət komandasında çıxış edib.

O, 2017/2018 mövsümündə əsas komandaya cəlb olunsa da, 2018-ci ilin yanvarında intizamsızlığa görə klubdan kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!