YENİLİK - Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək

28 Dekabr 2022 13:50 Bizimkilər 734
YENİLİK - Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək

2023-cü il üçün Vergi Məcəlləsində şəhid ailələrinə gəlir vergisi üzrə bir sıra güzəştlər tətbiq olunacaq.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da vergi tutulmalı olan aylıq gəlirləri (əməkhaqqı gəlirləri) ilə bağlı güzəştlərin verilməsidir.

Qeyd olunur ki, şəhid ailələrinə dövlət qayğısının daha artırılması, onların sosial rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, bu kateqoriyadan olan şəxslərin aylıq gəlirlərinin 800 manat olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Eyni zamanda, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Belə ki, hazırda 100 manat məbləğində gəlir vergisi üzrə azadolma yalnız bu kateqoriya üzrə şəxslərin valideynlərinə və arvadlarına (ərlərinə) münasibətdə tətbiq edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!