19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Sadıq Bagiev Rusiyada klubunu dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-ın məlumatına görə, "Kuban"ın U-19 komandasının üzvü ilə "Baltika" maraqlanır.
Klublar arasında danışıqlar müsbət yekunlaşsa, transfer yanvarda baş tutacaq.
Sadıq Bagiev cari mövsümdə Rusiya Gənclər Liqasında meydana çıxdığı 13 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Baltika" Rusiyanın I Divizionunda çıxış edir. Komanda 20 turdan sonra 41 xalla çempionatın lideridir.

