Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo"nun(Zaqreb) düşərgəsinə vaxtından əvvəl qayıdıb.
Sportinfo.az xəbər verir ki, ilk günlər fərdi məşqlərlə kifayətlənən 25 yaşlı hücumçu artıq kollektiv hazırlıqda iştirak edir.
Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq.
Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək.
Yanvarın 8-də rəqib Sloveniyanın "TSelye" klubu olacaq. Yanvarın 17-dəki sparrinq-rəqib isə hələlik bəlli deyil.

