“Hazırda işlərim çox yaxşı gedir.
Əlbəttə ki, daha yuxarı liqada oynamaq imkanım var., indi hazırkı komandamın çıxışına konsentrasiya olmuşam.
Daha yaxşı və üst liqalarda oynamaq üçün menecer lazımdır.
Bəli, Azərbaycanın U-19 və U-21 yığmasında çıxış etmişəm. Doğrudur, Azərbaycandan təklif almamışam, amma olsa, gəlmək haqda düşünərəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Doğukan Öksüz deyib.
“Trabzonspor” yetirməsi olan, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş forvard hazırda Türkiyə üçüncü liqasında “Ergene Velimeşe” forması geyinir.
23 yaşlı mərkəz hücumçusu yaxın vaxtlarda ölkəmizdə oynamaq ehtimalının gerçəkləşəcəyinə inandığını deyib:
"Bayaq dediyim kimi, Azərbaycanda oynamağa müsbət yanaşıram. Azərbaycana gəlsəm, orada oynasam, göstərəcəyim performansla A millidə çıxış etmək ehtimalım yarana bilər.
Azərbaycanda oynadığım matçlar, oradakı dostluqlularım, məşqçilərim karyerama müsbət mənada çox xeyir verib.
Azərbaycan mənim üçün xüsusi yerdir. Ancaq düzünü deyim, Azərbaycan millisinin oyunlarını heç izləmirəm".

