“Sportinfo” Şuşadan tarixi anları VİDEO GÖRÜNTÜLƏDİ - “Qarabağ şikəstəsi”

22 Dekabr 2022 18:00 Bizimkilər 726
“Sportinfo” Şuşadan tarixi anları VİDEO GÖRÜNTÜLƏDİ - “Qarabağ şikəstəsi”

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası davam edir.

Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlu bu məqsədlə növbəti dəfə həmin əraziyə yollanıb.

Onun bildirdiyinə görə, havanın soyuq olmasına baxmayaraq, yüzlərlə həmyerlimiz buradan bir addım geri çəkilməyib.

İ.Vaqifoğlu aksiyadan maraqlı görüntülər qeydə alıb. Kadrlardan görünür ki, insanlar “Qarabağ şikəstəsi”nin möhtəşəm sədaları altında öz dirənişlərini sürdürür.

Saytın rəhbəri deyib ki, Əlil Arabasında Qılıncoynatma Federasiyasının və “Difai” Futbol Klubunun prezidenti Asəf Məlikov tədbirdə öz fəallığı ilə seçilir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!