Prezidentin xüsusi nümayəndəsi: "Qarabağda 150 minə yaxın..."

22 Dekabr 2022 02:30 Bizimkilər 671
Prezidentin xüsusi nümayəndəsi: "Qarabağda 150 minə yaxın..."

Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yerinin yaradılması planlaşdırılır.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, bu da şübhəsiz, ölkənin ÜDM-də daha yüksək artıma töhfə verəcək:

“Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada bütün sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və Gömrük Vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaqlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!