«Səbail»in sabiq baş məşqçisi Aftandil Hacıyevin danışıqlar apardığı Qazaxıstanın 2 klubunun adı bizə məlum olub.
Redaksiyamıza verilən informasiyaya görə, «Kaysar» və «Taraz»ın nümayəndələri onunla əlaqə saxlayıb.
Mayda Bayıl təmsilçisindən ayrılan mütəxəssis yerli şəraiti incələməsi üçün bu ölkəyə dəvət edilib.
Başqa bir problem ortaya çıxmasa, «Pro» kateqoriyalı çalışdırıcı yaxın 2 həftədə Qazaxıstana yollanmalıdır.
Yerli premyerliqada çıxış edən «Taraz» turnir cədvəlinin aşağı pillələrində yer alıb. 26 tura 28 xal toplayan və 12-ci pillədə yer alan komanda təhlükəli zonanın biraddımlığındadır.
«Kaysar» isə birinci divizionda mübarizə aparır. Yüksək liqaya iddialı kollektiv 26 tur ərzində 56 xal yığıb və ikinci sırada qərarlaşıb.
SPORTİNFO.AZ

