Şuşada "Sarı Gəlin" ifası – Maraqlı VİDEO GÖRÜNTÜLƏR yalnız "Sportinfo"da

20 Dekabr 2022 22:00 Bizimkilər 663
Şuşada "Sarı Gəlin" ifası – Maraqlı VİDEO GÖRÜNTÜLƏR yalnız "Sportinfo"da

Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolunda maraqlı flaşmob təşkil olunub.

Bu haqda Sportinfo.az-ın Şuşada olan təsisçisi İlkin Vaqifoğlu bildirib.

Bir qrup gənc aksiyaya qatılaraq, ekoloji terrora etiraz olaraq stend hazırlayıb. Həmçinin iki tar-kamança ifaçısı “Sarı gəlin“i ifa edib. Onların çalğısı hamı tərəfindən alqışla qarşılanıb.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!