FIFA azərbaycanlı idman jurnalistinə mükafat verəcək - FOTO

19 Dekabr 2022 09:00 Bizimkilər 1 060
FIFA azərbaycanlı idman jurnalistinə mükafat verəcək - FOTO

Azərbaycanlı idman jurnalisti, "İdman TV"nin jurnalisti Fərid Ramazanov unikal nəticəyə imza atıb.

Sportinfo.az xəbər verir ki, futbol azarkeşlərinin mundial boyunca oynadığı, FIFA-nın saytında təşkil olunan "Fantazi" turnirini Ramazanov ilk "5-lik"də tamamlayıb.

O, bütün dünyadan 418 756 azarkeşin oynadığı yarışda 503 xal toplayaraq, 5-ci olub.

Qeyd edək ki, buna görə FIFA tərəfindən Fərid Ramazanova qiymətli hədiyyə göndəriləcək.

Azərbaycanlı jurnalist FIFA tərəfindən mükafatlandırılacaq - FOTO

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!