Mahir Emreli vaxtından tez... "Dinamo"dan MƏLUMAT

17 Dekabr 2022 12:40 Bizimkilər 890
Mahir Emreli vaxtından tez... "Dinamo"dan MƏLUMAT

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.

İlk vaxtlarda fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.

Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən "Dinamo" yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq.

Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın "TSelye" klubu olacaq. Yanvarın 17-dəki sparrinq-rəqib isə hələlik bəlli deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!