Mahir Emreli və yoldaşları - İlin ən yaxşı KİŞİ KOMANDASI

17 Dekabr 2022 00:30 Bizimkilər 521
Mahir Emreli və yoldaşları - İlin ən yaxşı KİŞİ KOMANDASI

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya klubu “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqreb Şəhər İdman Assosiasiyası təntənəli mərasimlə qalibləri mükafatlandırıb.

“Dinamo” il ərzində Xorvatiya çempionluğunu, ölkə Superkubokunu qazanmaqla, eyni zamanda, 2021/2022 mövsümündə Avropa Liqasının pley-offunda və 2022/2023 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etməklə bu uğura layiq görülüb.

Mükafatlandırma mərasimində Emreli də daxil olmaqla, əksər futbolçular iştirak ediblər.

“Dinamo” Xorvatiya çempionatında 16 oyunda topladığı 41 xalla turnir cədvəlinə başçılıq edir. Mahir Emreli cari mövsüm bütün turnirlərdə 10 matça çıxıb, 3 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!