“Erzgebirge Aue” yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, milli komandamızın sabiq yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Aue klubu "Halleşer"lə üz-üzə gəlib.
Nazarovun komandası bu matçda 1:0 qələbə qazanıb.
Yığmamızın üzvü meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.

