Məşhur həmyerlimiz: "Onların bəxti daha çox gətirdi, bəzən belə də olur"

12 Dekabr 2022 00:40 Bizimkilər 493
Məşhur həmyerlimiz: "Onların bəxti daha çox gətirdi, bəzən belə də olur"

Rusiya millisinin sabiq azərbaycanlı futbolçusu Aleksandr Səmədov DÇ-2022-nin 1/4 finalı çərçiəsində keçirilən İngiltərə - Fransa oyunu (1:2) ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "cempionat"a açıqlamasında belə deyib:

"Fransa heç də inamlı qələbə qazanmadı. Məncə, İngiltərə rəqibindən yaxşı göründü. Düzünü desəm, ingilislərin yarımfinala çıxacağını düşünürdüm.

Elə matç idi ki, istənilən nəticə qeydə alına, hər şey ola bilərdi. Belə desəm, Fransanın bəxti daha çox gətirdi. Futboldu, bəzən belə də olur".

Fransa dekabrın 14-də reallaşacaq yarımfinal görüşündə Mərakeşlə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!