Azərbaycanda vətəndaşlara 5 il müddətində birdəfəlik müavinətlər veriləcək

10 Dekabr 2022 15:50 Bizimkilər 2 226
Azərbaycanda vətəndaşlara 5 il müddətində birdəfəlik müavinətlər veriləcək

Milli Məclisin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edildi.

Dəyişikliyə əsasən, birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir.

Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.

Hazırda birdəfəlik müavinətlər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə, uşağın anadan olmasına görə, dəfn üçün verilir.

Digər Xəbərlər
Xəbər Lenti