"Yaxşı ki, Azərbaycan yığmasından gələn təklifi qəbul etdim"

9 Dekabr 2022 13:40 Bizimkilər 1 147
"Yaxşı ki, Azərbaycan yığmasından gələn təklifi qəbul etdim"

“Oradakı komanda yoldaşlarımın hamısının xətrini çox istəyirəm“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama 19 yaşlılardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ege Bilselə aiddir.

“Antalyaspor“un gənclər komandasının formasını geyinən vinger Azərbaycan yığmasının formasını geyindiyi üçün çox xoşbəxt olduğunu qeyd edib:

“Dəvət gələndə Azərbaycanın U-17 yığması Avropa çempionatında iştirak edəcəkdi. Qrupumuzda İspaniya, Belçika və Lüksemburq var idi.

Gözəl vitrin idi, ispaniyalı və belçikalı skautlar oyunumuzu izləyəcəkdilər. Azərbaycanı seçdiyim üçün çox xoşbəxtəm.

Yaxşı ki, getmişəm. İki dövlət, bir millət anlayışını orada gördüm. Türkiyəli olduğum üçün məni daha çox sevdiklərini hiss etdim..

Onları Türkiyənin ən gözəl şəhəri olan Antalyaya dəvət etmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!