Mahir nə vaxt qayıdacaq?

8 Dekabr 2022 09:20 Bizimkilər 795
Mahir nə vaxt qayıdacaq?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Dinamo"nun (Zaqreb) düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı forvard 19 dekabr tarixində Xorvatiya klubuna qoşulacaq.

Baş məşqçi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq oyunlarında iştirak edən Emreliyə əlavə istirahət verib.

Mahir Emreli bu ilin fevralından "Dinamo"da çıxış edir. Millimizin üzvü cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!