Məşhur xorvat Mahirin "Dinamo"da heyətə düşə bilməməsinin səbəbini dedi

5 Dekabr 2022 23:20 Bizimkilər 757
Məşhur xorvat Mahirin "Dinamo"da heyətə düşə bilməməsinin səbəbini dedi

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Mahir Emrelinin "Dinamo"da (Zaqreb) əsas heyətə düşə bilməməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "report"a açıqlamasında bunu Zaqreb təmsilçisində keyfiyyətli oyunçuların çox olması ilə əlaqələndirib.

Baş məşqçi bildirib ki, ölkənin ən titullu klubunda əsas heyətə düşmək elə də asan deyil:

"Mahir həm yaxşı oğlan, həm də yaxşı futbolçudur. İnanıram ki, vaxt keçdikcə əsas heyətdə özünə yer tapacaq.

Sadəcə, bir qədər səbirli olmalı, öz üzərində daha çox çalışmalıdır".

Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!