“Oğlumu “Qalatasaray“ da istəyirdi, ancaq o…“ - VİDEOLAR

5 Dekabr 2022 14:40 Bizimkilər 1 864
“Oğlumu “Qalatasaray“ da istəyirdi, ancaq o…“ - VİDEOLAR

“Oğlumu “Qalatasaray“ da istəyirdi, ancaq o, “Beşiktaş“ı seçdi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti, doqquzqat dünya, üçqat Avropa çempionu Araz Musayev deyib.

Tanınmış idman xadiminin oğlu Furqan Musayev “Beşiktaş”a yollanıb.

8 yaşından etibarən “Qarabağ”da Ağdam klubunda futbolun sirlərini öyrənməyə başlayan istedad hazırda İstanbul təmsilçisinsin akedemiyasındadır.

“Qara qartallar” 12 yaşlı hücumçu ilə uzunmüddətli kontrakt bağlamağa hazırlaşır. “Pələng” ləqəbli forvard “Beşiktaş”ın U-13 komandasına cəlb olunub.

A.Musayev oğlunun sənədlərini qaydasına salmaq üçün qardaş ölkəyə üz tutduğunu bildirib:

“Mən neçə vaxtdır buradayam. FİFA-nın qaydalarına görə, yetkinlik yaşına çatmayan futbolçular getdiyi xarici klubla sərbəst müqavilə bağlaya bilməz.

Bunu onun valideynləri etməlidir. “Qarabağ“ Furqana sərbəst agent statusu verdi, təzmnat istəmədi.

“Beşiktaş“ da öz növbəsində Türkiyə Futbol Federasiyasına və FİFA-ya sorğu göndərib ki, oğlumla rəsmi müqavilə imzalasın. Cavab gələn kimi minimum 7 illik müqavilə qüvvəyə minəcək.

Qaydalara görə, klub başqa ölkələrdən gələn azyaşlı futbolçuların valideynlərini də onun yanında olmasını təmin etməlidir. Hətta ona iş tapmalıdır.

“Beşiktaş“ FİFA-nın bu tələblərini yerinə yetirir. Həyat yoldaşım oğlumun yanında qalacaq.

Furqanın “Beşiktaş”a getməsində Kadir Özün də xidmətini qeyd etməliyəm. O, “Beşiktaş“ın Bakıda fəaliyyət göstərən akademiyasının rəhbəridir.

Buradan bir çox uşaq onun vasitəsilə İstanbula yollanıb, seçimlərə qatılıb.

Təklif bizə “Beşiktaş“ın özündən gəlib. Mən oğlumun “Qarabağ“da keçirdiyi oyunların videolarını sosial şəbəkədəki profillərimdə yerləşdirmişdim.

Onları Furqanı orada görüb bəyəniblər. Sonra dəvət etdilər ki, gəlib baxışdan keçsin. Altı ay qabaq eyni təklifi “Qalatasaray“dan da almışdıq.

Oğlum “Beşiktaş“lı olduğu üçün dedi ki, Türkiyədə yalnız bu kluba gedərəm. “Beşiktaş“da dörd yoxlama turunu keçdi, akademiyaya götürdülər“.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi