"Kadi barədə burada danışmırlar - O, bu ölkənin yığmasında oynamağa layiqdir"

3 Dekabr 2022 02:20 Bizimkilər 847
"Kadi barədə burada danışmırlar - O, bu ölkənin yığmasında oynamağa layiqdir"

Polşada - "Şeçinek"da oynayan, Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Ricat Qarayev sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Qarabağ"ın futbolçusu, Polşa millisində çıxış edəcəyi gözlənilən Kadi Borges haqda danışıb.

Qarayevin fikrincə, Kadi adıçəkilən yığma komandaya kömək edə bilər:

"Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı haqda polşalı komanda yoldaşlarımla danışmamışam. Deyəsən, heç onların xəbəri də yoxdur.

Məncə, Kadi yaxşı futbolçudur və bu ölkənin yığmasında oynamağa layiqdir. Düzü, onun barədə heç burada danışmırlar.

Sadəcə olaraq, mən öz fikrimi deyirəm ki, Kadi əla keyfiyyətlərə malik futbolçudur. Polşa yığmasına dəvət olunacaq gücdədir".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda