Azərbaycan yığmasının hücumçusu: “Türkiyə millisində oynamaq istəyirəm”

2 Dekabr 2022 17:00 Bizimkilər 822
Azərbaycan yığmasının hücumçusu: “Türkiyə millisində oynamaq istəyirəm”

Super Liqada özümü təsdiq etdikdən sonra Avropaya yollanmaq istəyirəm.

Hədəfim Fransada PSJ-nin formasını geyinməkdir”.

Sportinfo.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Antalyaspor”un oyunçusu Ege Bilsel DHA-ya açıqlamasında deyib.

İlk dəfə 2020-ci ildə U-17 yığmamıza, ötən ildən isə U-19 millimizə çağırılan gənc hücumçu Azərbaycanı seçməsinin səbəbini izah edib.

18 yaşlı forvard gələcəkdə Türkiyənin əsas komandasında oynamaq arzusunda olduğunu da etiraf edib:

“U-14 yığmasında oynadıqdan sonra Türkiyənin aşağı yaş qrupu üzrə digər komandalarından dəvət almadığım üçün qardaş ölkə Azərbaycandan gələn təklifi qəbul etdim.

Azərbaycan tərəfi məni izləyirdi və klubuma məktub yollamışdı. Ardından mənimlə təmas qurdular, dəvəti müsbət cavablandırdım.

Düşündüm ki, özümü orada daha yaxşı göstərə biləcəyəm. Ən böyük hədəflərimdən biri isə Türkiyənin A millisinin formasını geyinməkdir”.

“Antalyaspor”un yetirməsi olan Ege Bilsel hazırda bu klubun U-19 komandasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı