FİFA-nın azərbaycanlı işçisi Qətərdən “Sportinfo”ya nə dedi?

29 Noyabr 2022 17:20 Bizimkilər 375
FİFA-nın azərbaycanlı işçisi Qətərdən “Sportinfo”ya nə dedi?

“Bəli, bura isti olmağına istidir, amma ölkə yaşıllıqlarla zəngindir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qətərdəki 32 məşq stadionunun elektrik işlərinin dizayn və quraşdırması işlərinə cavabdeh olan Xəyyam Əliyev deyib.

FİFA-nın xətti ilə bu ölkəyə yollanan həmyerlimiz bildirib ki, Qətərə gələn turistlər asudə vaxtını normal keçirir.

Asiya ölkəsi, üstəlik, isti hava şəraiti insanların istirahətini korlamır:

“Heç bir şəkildə saralmayan, yüksək səviyyədə qulluq görən parklar adamı heyran edir. İndi həmin parklarda əyləncə mərkəzləri təşkil olunub.

Əsas yollar maşınların girişinə bağlanıb və həmin ərazilərdə əyləncə mərkəzləri qurulub. Hamının bildiyi tarixi yerlər mövcuddur.

Havanın hərarəti dənizdə çimməyə də imkan verir. Əminəm ki, turistlərin arasında dənizdə islananlar var. Məsələn, bu gün günorta müsbət 35 dərəcə idi.

Mən Lusail səhərində yaşayıram, buranın öz bulvarı var. Axşamlar dəniz kənarı “qaynayır”, musiqi sədaları eşidilir. Ölkə mundiala hərtərəfli hazırdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti