Azərbaycanlı hücumçu və onun ailəsi İranda təhdidə məruz qaldı- VİDEO+FOTO

28 Noyabr 2022 17:00 Bizimkilər 706
Azərbaycanlı hücumçu və onun ailəsi İranda təhdidə məruz qaldı- VİDEO+FOTO

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram səhifəsində bildirib.

Keçmiş forvard saysız-hesabsız təhdidlər aldıqlarını vurğulayıb.

Daei bunların bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini yazıb.

Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb.

İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!