Azərbaycan idmançısına xüsusi mükafat verildi

27 Noyabr 2022 23:20 Bizimkilər 568
Azərbaycan idmançısına xüsusi mükafat verildi

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib.

Sportinfo.az xəbər verir ki, konqres çərçivəsində millimizin üzvü Anna Baştaya xüsusi mükafat təqdim olunub.

26 yaşlı idmançı cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi olub. O, son Avropa çempionu, dünya çempionatının finalçısı kimi qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsidir.

Azərbaycan qılıncoynadanlarından daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!