“Vətəni tərk edirəmsə, gərək maliyyə şərtləri ürəyimcə olsun”

25 Noyabr 2022 22:20 Bizimkilər 905
“Vətəni tərk edirəmsə, gərək maliyyə şərtləri ürəyimcə olsun”

“Vətəni tərk edirəmsə, gərək maliyyə şərtləri ürəyimcə olsun”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında hazırda klubsuz olan Nurlan Novruzov deyib.

2014/2015 mövsümündə "Bakı"nın heyətində vurduğu 15 qolla Premyer Liqada bombardiri olan hücumçu yenidən ölkə xaricinə yollanmaq niyyətindədir:

“Tacikistandan birbaşa müqaviləyə çağırırdılar, biletimi də almışdılar. Son anda maliyyə məsələsində razılaşa bilmədik.

Hazırda agentim Bəhreyndən bir klubla danışıq aparır. Hələ konkretlilik yoxdur. Gözləyirəm, görək nə olur”.

Azərbaycanda "Bakı", "Sumqayıt", "Səbail", "Zirə", Türkiyədə "Dersim62", "Şanlıurfa", Estoniyada "Narva", Moldovada "Dinamo-Avto", Nepalda "Lalitpur", "Maçindra" kimi klublarda çıxış edən Novruzov U-21 yığmasında 2 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti