Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.
Sportinfo.az xəbər verir ki, mundialın 6-cı oyun günü B qrupunun matçı ilə başlayıb.
Uels millisi “Ahmed bin Ali” stadionunda İranla görüşüb. İlk turda qələbə qazanmayan yığmaların duelinin taleyini son dəqiqə qolları həll edib.
85-ci dəqiqədə meydanda azlıqda qalan britaniyalılar matça əlavə olunmuş dəqiqələrdə qapısında iki top görüb. Bu da DÇ-2022-də Asiya təmsilçisinə həm ilk xalları, həm də qələbəni qazandırıb.
Uels – İran (0:2) matçı zamanı tribunalarda Azərbaycan bayraqları da yer alıb.
“Qarşılaşma üçün Qətərə yollanan fanatlar Azərbaycan bayrağının fotosunu çəkərək paylaşıblar.



