Azərbaycan komandası Gürcüstanda üçüncü yeri tutdu

29 Oktyabr 2022 02:20 Bizimkilər 484
Azərbaycan komandası Gürcüstanda üçüncü yeri tutdu

Gürcüstanın paytaxtı Tbilisi şəhərində tanınmış futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunmuş idman jurnalistləri arasında futbol turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idman jurnalisləri üçüncü yeri tutub.

Qrup mərhələsində üç oyundan ikisində qalib gələn jurnalistlərimiz yarımfinala adlayıb. Finalın bir addımlığında komandamız Qazaxıstana məğlub olub.

Finalda Gürcüstana qalib gələn Qazaxıstan turnirin qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti