Mikayıl Cabbarov: “Əsas sərmayəni işğaldan azad olunan ərazilərə yönəldirik”

28 Oktyabr 2022 13:30 Bizimkilər 469
Mikayıl Cabbarov: “Əsas sərmayəni işğaldan azad olunan ərazilərə yönəldirik”

“2022-ci ilin oktyabr ayının sonuna qədər həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Xidmətinin xətti ilə illik büdcə planlarının yerinə yetirilməsi nəzərdə tutulur”.

Bbunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Mikayıl Cabbarov eyni zamanda qeyd edib ki, bu gün Azərbaycan dövləti əsas sərmayəni işğaldan azad olunan ərazilərin bərpasına yönəldir: “Bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatını artırır, müəyyən mənada təzyiq yaradır”.

O əlavə edib ki, bu qanun layihəsi qəbul olunarsa, gözlənti ondan ibarətdir ki, digər infrastruktur layihələrinin maliyyələşməsinə kömək edəcək və birbaşa dövlət maliyyələşməsindən asılılığı azaldacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti