Azərbaycan millisinin hücumçusu 1 mlyon ödədi, yeni klubu ilə müqavilə bağladı

27 Oktyabr 2022 19:20 Bizimkilər 1 122
Azərbaycan millisinin hücumçusu 1 mlyon ödədi, yeni klubu ilə müqavilə bağladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı hücumçu "İstanbulspor"dan ayrılaraq "Çorum"a keçib.

Forvardla 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti