Əliyevsiz “Arsenal” - VİDEO

26 Oktyabr 2022 03:40 Bizimkilər 507
Əliyevsiz “Arsenal” - VİDEO

Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Volqar-Astraxan”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Kamran bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Arsenal” 15 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti